Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
6. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.