Modern.az

Ötən gün axtarışda olan 100 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 100 nəfər saxlanılıb

Aktual

20 İyun 2023, 10:08

İyunun 19-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarılan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et