Modern.az

Gədəbəydə süni gölün tikintisinə müdaxilə araşdırılır

Gədəbəydə süni gölün tikintisinə müdaxilə araşdırılır

Aktual

20 İyun 2023, 17:26

Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et