Modern.az

ADY-nin iki törəmə şirkətinin rəhbərliyi dəyişdirildi

ADY-nin iki törəmə şirkətinin rəhbərliyi dəyişdirildi

Aktual

20 İyun 2023, 19:11

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Vüqar Mirqasımov və "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad ediliblər.

 

Modern.az xəbər verir ki, şirkətlərə rəhbərlik müvafiq olaraq Əkbər Mədətliyə və Rəşad Məcidova həvalə olunub.

 

Ə.Mədətli vaxtilə "Atəşgah Sığorta" ASC-nin İdarə Heyəti sədrinin I müavini işləyib, R.Məcidov isə bundan əvvəl “ADY Konteryner”in Biznesin inkişafı üzrə direktoru olub.

 

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. "ADY Konteyner" isə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et