Modern.az

Əmək qanunvericiliyi ilə bağlı yeni layihələr hazırlanıb

Əmək qanunvericiliyi ilə bağlı yeni layihələr hazırlanıb

Aktual

21 İyun 2023, 12:50

"Əmək qanunvericiliyi ilə bağlı yeni layihələr hazırlanıb və həmkarlarımızla bu istiqamətdə müzakirələr aparırıq".

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

 

Nazir bildirib ki, hazırda müzakirələr yekunlaşmadığı üçün həmin müddəaları açıqlamaq istəmir:

 

"Bu gün qeyri-formal məşğulluq kifayət qədərdir. Bunun aradan qaldırılması üçün işəgötürənlər üçün stimul yaratmalıyıq. Eyni zamanda, həddən artıq çox stimul yaratsaq, işdən azadetməni yüngülləşdirsək, işçilər üçün problem ortaya çıxacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et