Modern.az

İcra başçısı şəhid atasının yas mərasimində iştirak edib

İcra başçısı şəhid atasının yas mərasimində iştirak edib

Aktual

21 İyun 2023, 16:48

Goranboyda rayon rəhbərliyi Eyvazlılar kəndində şəhid atasının yas mərasimində iştirak edib.

 

Prezidentimiz cənab İlham Əliyevin,  şəhid ailələri və müharibə iştirakçılarına  diqqət və qayğının göstərilməsi, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı tapşırıq və tövsiyələrini  gündəlik fəaliyyətin əsas istiqaməti kimi həyata keçirən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Eyvazlılar kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Rauf Məmmədovun atası Eldar Məmmədovun yas mərasimində iştirak edib.

 

İcra Başçısı şəhid ailəsinə başsağlığı verdi, ailənin sosial qayğıları ilə maraqlandı və bildirdi ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır.

 

Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhid ailəsi ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et