Modern.az

Nazir icra başçısının oğlunu işdən çıxardı

Nazir icra başçısının oğlunu işdən çıxardı

Aktual

22 İyun 2023, 12:10

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

 

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

 

Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

 

Fotoda Taleh Qaraşov

Fotoda Seymur Qaraşov

Telegram
Hadisələri anında izləyin!
Keçid et