Modern.az

Axtarışda olan 151 nəfər saxlanılıb

Axtarışda olan 151 nəfər saxlanılıb

Aktual

24 İyun 2023, 10:28

İyunun 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 46 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et