Modern.az

Lukaşenko Priqojini uzun illərdir tanıyır - Peskov

Lukaşenko Priqojini uzun illərdir tanıyır - Peskov

Aktual

25 İyun 2023, 08:44

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə çoxdan tanış olduğu üçün vasitəçi rolunu təklif edib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Yəqin ki, məndən Prezident Aleksandr Lukaşenkonun vasitəçilik səbəbini soruşacaqsınız. Fakt budur ki, Lukaşenko Priqojinlə çoxdan, təxminən 20 ildir şəxsən tanışdır”, - deyə Peskov vurğulayıb.

 

Onun sözlərinə görə, bu təklif şəxsən Lukaşenkodan gəlib və Rusiya Prezidenti tərəfindən razılaşdırılıb.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

Whatsapp
Bizə yazın!
Keçid et