Modern.az

Sübhan Bəkirov İtaliyaya səfərinin məqsədini açıqladı

Sübhan Bəkirov İtaliyaya səfərinin məqsədini açıqladı

Aktual

25 İyun 2023, 10:08

"İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətiylə cari ilin 04-11 iyun tarixləri arasında İtaliyanın Spetsiya şəhərində keçirilən "SEAFUTURE - 2023" müdafiə sənayesi sərgisini izləmək və eləcə də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus yeni gəminin inauqurasiya mərasimində iştirak etmək üçün dəvət aldım".

 

 Modern.az xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.


"İyunun 5-də İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Enriko Kredendino ilə, tarixi "VESPUÇİ" gəmisində görüş zamanı Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında cari ilin yanvar ayında imzalanmış Hərbi Əməkdaşlıq Protokolunun müddəaları müzakirə edilərək, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında gələcək perspektiv və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də daxil olmaqla hərbi, hərbi təhsil haqqında fikir mübadiləsi aparılıb",- deyə o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et