Modern.az

Nazirlik dövlət idarəsini məhkəməyə verdi

Nazirlik dövlət idarəsini məhkəməyə verdi

Aktual

25 İyun 2023, 14:32

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Quba rayonunun Amsar kəndində fəaliyyət göstərən “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt-beton zavodunda təmizləyici qurğu quraşdırılmadığından havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı Mətbuat Xidmətindən məlumat verilib.

 

Faktla bağlı akt tərtib edilib, zavodun hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Quba rayon Məhkəməsinə göndərilib.

 

Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün asfalt-beton zavodun rəhbəri Hikmət Seyidova məcburi göstəriş verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et