Şəkidə zəlzələ olub.
Bu barədə Modern.az-a Respublika Seysmoloji Xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 16:39-da Şəki stansiyasından 12 kilometr şimal-qərbdə, Şəki rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3, dərinliyi isə 16 kilometr olub.
Yeraltı təkanlar hiss olunmayıb.