Modern.az

Rusiyanın yeni müdafiə naziri kim olacaq...

Rusiyanın yeni müdafiə naziri kim olacaq...

Aktual

25 İyun 2023, 21:31

Rusiya müdafiə naziri Sergey Şoyqunun bir müddət sonra vəzifəsindən azad ediləcəyi bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb.

 

İddiaya görə, bu yaxınlarda Rusiya müdafiə naziri vəzifəsinə general-polkovnik Aleksey Dyumin təyin olunacaq.

 

51 yaşlı Dyumin Tula vilayətinin qubernatorudur. O, 2016-cı ildə "Rusiya qəhrəmanı" adına layiq görülüb.

 

 

Peterburq Siyasət Fondunun politoloq-ekspertlərinin proqnozlarına əsasən, 2017-ci ildə Aleksey Dyumin Rusiya prezidenti Vladimir Putinin üç ehtimal varisindən biri hesab olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et