Modern.az

Ukrayna ordusu Donetskdə ilk yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Donetskdə ilk yaşayış məntəqəsini azad etdi

Aktual

26 İyun 2023, 15:46

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında yazıb.

 

O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.

 

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan edib.

 

Xatırladaq ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et