Modern.az

3 şəhərdə hərbi yürüşlər keçirildi - FOTO

3 şəhərdə hərbi yürüşlər keçirildi - FOTO

Aktual

26 İyun 2023, 21:36

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

 

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et