Modern.az

Meyiti quyudan tapılan şəxslə bağlı araşdırma aparılır

Meyiti quyudan tapılan şəxslə bağlı araşdırma aparılır

Aktual

27 İyun 2023, 14:14

İyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş prokurorluğun Mətbuat xidmətinə məlumat verilib.

 

Bildirilib ki, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et