Modern.az

AZAL bütün istiqamətlərə qiymətləri ENDİRDİ

AZAL bütün istiqamətlərə qiymətləri ENDİRDİ

Aktual

27 İyun 2023, 17:07

“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edir.

 

Endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.

 

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.

 

20% güzəşt çarter, kod-şerinq və Tel-Əviv reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.

 

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.

 

AZAL dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və əmin-amanlıq, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini arzulayır.

 

Qurban bayramınız mübarək olsun!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et