Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.
Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.
***
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayır.
Modern.az xəbər verir ki, görüş Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq.
Görüşdə sülh sazişi layihəsi müzakirə ediləcək.
Qeyd edək ki, bu gün ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.
Entoni Blinken bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.