"Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik".
Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitterdə yazıb.
"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır", - Blinken qeyd edib.