Modern.az

Evdən 9 min manatlıq oğurluq 

Evdən 9 min manatlıq oğurluq 

Aktual

28 İyun 2023, 13:11

Masallıda evdən 9 000 manatlıq oğurluq edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı rayonun Köhnə Alvadı kəndindəki evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

 

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et