Modern.az

Erməni separatçıların məhv edilmə GÖRÜNTÜLƏRİ

Erməni separatçıların məhv edilmə GÖRÜNTÜLƏRİ

Aktual

28 İyun 2023, 21:18

Azərbaycanın Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrinin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı məhv edilib.

 

Xatırladaq ki, ötən gün saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

 

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

 

Azərbaycan Ordusu cavab tədbirləri görüb. Görülən tədbirlər nəticəsində 4 separatçı məhv edilib. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et