Modern.az

Jurnalistlərə edilən hücumu qətiyyətlə pisləyirik - XİN

Jurnalistlərə edilən hücumu qətiyyətlə pisləyirik - XİN

Aktual

29 İyun 2023, 14:38

Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

 

“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - məlumatda deyilir.

 

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et