Modern.az

Prezidentdən “BakuBus”la bağlı SƏRƏNCAM

Prezidentdən “BakuBus”la bağlı SƏRƏNCAM

Aktual

3 İyul 2023, 14:12

Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, dəyişikliklə bağlı Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” əvəzinə, “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” əlavə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et