Modern.az

Xəzərdəki zəlzələ Qazaxıstanı da silkələyib

Xəzərdəki zəlzələ Qazaxıstanı da silkələyib

Aktual

4 İyul 2023, 07:57

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.


Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat yayıb.


Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

 

Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et