25 il ərzində Konstitusiya Məhkəməsi tərəfindən 25 545 qərar və 106 qərardad qəbul edilib.
Modern.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlı olub: "Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstitusiya və qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib".