Modern.az

Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası

Aktual

4 İyul 2023, 12:46

İyulun 3-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et