Modern.az

İş adamları İstanbulda bir araya gələcək

İş adamları İstanbulda bir araya gələcək

Aktual

4 İyul 2023, 14:38

Kiçik və Orta Biznesin İnkişiafı Agentliyinin və MÜSİAD-ın tərəfdaşlığı, KOBSKA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 13-14 iyul tarixlərində İstanbulda "İş dünyası-100 ilin zirvəsi" adlı forum keçiriləcək. 

 

Modern.az xəbər verir ki, tədbir Türkiyə Respublikasının 100 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq. 

 

Tədbirdə 13500 sahibkarın üzv olduğu MÜSİAD-dən, Sənaye və Ticarət odalarından, DEİK-dən, Türkiyədə fəaliyyət göstərən QHT-lərdən iştirakçıların qatılması gözlənilir.

 

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli tədbirin əhəmiyyətindən söz açaraq deyib:

 

“Şuşa bəyənnaməsinə sadiq qalaraq, qardaşlıq şüurunu ortaqlıq mədəniyyətilə birləşdirmək, qlobal iqtisadiyyatın fəal iştirakçısı olmaq əzmindəyik. Bütün sahibkarlarımızı tədbirdə iştirak etməyə dəvət edirik”.

 

Tədbir İstanbulda, MÜSİAD-in mərkəzi ofisində keçiriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et