BMT-də ciddi islahatlar aparılmalıdır. İslahatlar dünyanın böyük problemlərlə üzləşdiyi vaxtda faydalı olur.
Modern.az xəbər verir ki, bunu Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Malayziya İsveçdə Quranın yandırılması kimi dünyada nifrət dolu söz və hərəkətlərin artmasından narahatdır.
“Mövcud dünya nizamı məyusluq içindədir. Bu gün ölkələr koronavirus pandemiyasının təsirlərindən hələ tam sağalmayıb, inflyasiya kimi iqtisadi problemlərlə üzləşirlər”, - nazir vurğulayıb.
XİN rəhbəri Qoşulmama Hərəkatının mühüm yekun sənədlərini hazırladığına görə Azərbaycana təşəkkür edib: “Biz həmçinin dörd il ərzində asan olmayan əla və uğurlu əməkdaşlığa görə Azərbaycana təşəkkür edirik”.