Modern.az

Bakı ilə əlaqələri bərpa edəcəyimizə inanırıq - İranlı nazir

Bakı ilə əlaqələri bərpa edəcəyimizə inanırıq - İranlı nazir

Aktual

5 İyul 2023, 17:04

Azərbaycan İran üçün yaxşı qonşu, qardaş ölkə hesab olunur.

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

 

O, bu gün Prezident İlham Əliyevlə görüş keçirdiyini xatırladıb:

 

“Prezident İlham Əliyevlə uğurlu danışığımız oldu. Görüşümüz 90 dəqiqə çəkdi. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisəni geniş müzakirə etdik. Biz tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz, həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”.

 

"İran və Azərbaycan xalqları regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - İranın XİN başçısı vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et