Modern.az

XİN sözçüsü Ermənistana CAVAB VERDİ

XİN sözçüsü Ermənistana CAVAB VERDİ

Aktual

5 İyul 2023, 23:11

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, XİN sözçüsü bu barədə "Twitter" hesabında yazıb.

 

“Görünür, Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub”, - paylaşımda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et