Modern.az

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Aktual

6 İyul 2023, 10:28

İyulun 5-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

 

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et