Modern.az

Dəmir yolları ilə sərnişindaşıma 52 % artıb - ADY

Dəmir yolları ilə sərnişindaşıma 52 % artıb - ADY

Aktual

6 İyul 2023, 11:19

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.

 

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 % artım deməkdir.

 

Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 milyon 075 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47 % çoxdur.

 

Bölgələr üzrə sərnişindaşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.

Whatsapp
Bizə yazın!
Keçid et