Modern.az

4 tona yaxın narkotik məhv edildi

4 tona yaxın narkotik məhv edildi

Aktual

6 İyul 2023, 12:30

Balakəndə 4 tona yaxın narkotik tərkibli bitkilər məhv edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Keçirilən tədbir zamanı Meşəşambul kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 681 kiloqram olan 4022 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et