Modern.az

İcra başçısı yeni texnika və avadanlıqlara baxış keçirib - FOTO

İcra başçısı yeni texnika və avadanlıqlara baxış keçirib - FOTO

Aktual

6 İyul 2023, 15:36

Naftalan şəhər təsərrüfatının və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə şəhərin Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məişət tullantıları toplayan “Kamaz” markalı yeni avtotexnika gətirilib.

 

Modern.az xəbər verir ki, ŞİH başçısı KTİB-nə yeni gətirilən texnikaya və mövcud avadanlıqlara baxış keçirib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 

Daha sonra şəhər ərazisində aparılan abadlıq quruculuq işlərinə baxış keçirib, abadlıq quruculuq işlərinin keyfiyyətli və vaxtında aparılması üçün tapşırıqlar verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et