Modern.az

Bu gün 39 dərəcə isti OLACAQ

Bu gün 39 dərəcə isti OLACAQ

Aktual

7 İyul 2023, 07:23

Bu günə olan hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

 

Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et