Modern.az

İranda xanım sosioloq həbs edildi 

İranda xanım sosioloq həbs edildi 

Aktual

7 İyul 2023, 09:22

İranda sosioloq Fatimə Həsəni təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı İranda İnsan Haqları təşkilatına istinadla məlumat yayıb.

 

Bildirilib ki, o Məşhəd şəhərinin hava limanında saxlanılıb.

 

Fatimə Həsəni “Clubhouse” sosial şəbəkəsində (sosial audio proqramı) hökumətin yanlış idarəçiliyi və səmərəsizliyi barədə səsləndirdiyi kəskin fikirlərinə görə ittiham olunur.

 

Sosioloqu həbs edən qurum və saxlandığı yer barəsində dəqiq məlumat yoxdur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et