Bu il birinci yarısında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması və qanunsuz ağac kəsmə nəticəsində dəymiş ziyan könüllü olaraq sahibkarlar və şirkətlər tərəfindən 1.5 milyon manat ziyan ödənilib.
Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" ilə bağlı birgə mətbuat konfransında Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.
O bildirib ki, qısa zaman ərzində davam edən araşdırmalar nəticəsində toplanan sübutlar qarşısında qanun pozuntusuna yol vermiş şəxslər qanunsuz əməllərini etiraf edib. Həmin şəxslərin məsuliyyət məsələləri həll olunmaqla yanaşı ziyanın ödənilməsi və ətraf mühitə dəymiş ziyanın bərpa olunmasına dair kompleks tədbirlər görülüb.