Modern.az

Sülhməramlılar Qarabağda “ərik biznesi” qurub - Sabiq deputat

Sülhməramlılar Qarabağda “ərik biznesi” qurub - Sabiq deputat

Aktual

7 İyul 2023, 17:37

Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olur.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı Naira Zohrabyan bildirib.

 

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən eks-deputat vurğulayıb ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurub.

 

“Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər”,- o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et