Modern.az

Ermənilər “Laçın” sərhəd məntəqəsində - YENİ VİDEO

Ermənilər “Laçın” sərhəd məntəqəsində - YENİ VİDEO

Aktual

7 İyul 2023, 17:52

Gorus-Xankəndi istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

 

Modern.az xəbər verir ki, erməni sakinlər bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.

 

Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağın tibbi ehtiyacları olan 17 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.

 

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et