Rusiyanın Soçi şəhəri güclü leysan yağışlarından sonra Venesiyaya bənzəyir.
Modern.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinin teleqram kanalında məlumat yer alıb.
Bildirilir ki, sakinlər şəhərdə qayıqla hərəkət edirlər. Məlumata görə, 2015-ci ildə də şəhərdə oxşar hadisələr yaşanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şəhərdə su basmış “Blue Marine” otelindən qonaqları təxliyə ediblər.