Modern.az

Ağdamda Raquf Orucovun xatirəsi anıldı - FOTOLAR

Ağdamda Raquf Orucovun xatirəsi anıldı - FOTOLAR

10 İyul 2023, 09:42

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunun işğaldan azad olunmuş Şahbulaq qalası qarşısında şəhid polkovnik-leytenant Raquf Orucovun anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə hərbçilər, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.

 

Şəhid Raquf Orucovun komandirlik etdiyi hərbi hissənin kəşfiyyatçıları öz bacarıqlarını nümayiş etdiriblər. Tədirdə çıxış edən döyüş yoldaşları şəhid komandirlə bağlı xatirələrindən söz açaraq, əsgərlərə Vətəni əmanət edən zabitlərin nümunə qəhrəmanlıq örnəyi olduğunu bildiriblər.

 

Tədbir Ağdam Musiqi Kollecinin yetirmələrinin bədii-musiqili kompozisiyası ilə yekunlaşıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi