Modern.az

Azərbaycan səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq - İran XİN

Azərbaycan səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq - İran XİN

Aktual

10 İyul 2023, 16:00

Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq.

 

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

 

"İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq", - Kənani deyib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisədən sonra səfirlik əməkdaşları Bakıya təxliyə olunub.

 

Səfirlik işini dayandırsa da, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et