İsveç Türkiyəyə terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə və Avropaya inteqrasiya məsələsində hər cür köməklik göstərəcəyinə söz verib.
Modern.az “Haber Global”a istinadən xəbər verir ki, bu məsələlərlə bağlı razılaşmaların əldə olunması nəticəsində Türkiyə tərəfi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya üçün parlamentə təqdim edilməsinə razılıq verib.
NATO sammitinə getmədən əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Avropa İttifaqına üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək.
Diqqətə çatdırılıb ki, bunun üçün əsas şərt İsveçin Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini yerinə yetirməsi olmalıdır.