Modern.az

Ötən gün 92 yanğın olub - 8 nəfər xilas edilib

Ötən gün 92 yanğın olub - 8 nəfər xilas edilib

Aktual

11 İyul 2023, 10:53

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 92 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et