Modern.az

Ermənilərin dini mərkəzləri də terror yuvasıdır

Ermənilərin dini mərkəzləri də terror yuvasıdır

Aktual

11 İyul 2023, 15:56

Ermənistan vətəndaşlarının və digər ölkələrdə məskunlaşan ermənilərin Rusiya hərbi birləşmələrinin və “Vaqner” özəl hərbi şirkətinin tərkibində Rusiya-Ukrayana müharibəsində iştirak etmələri faktdır. Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış “ARBAT” adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbirinin keçirilməsi, erməni batalyonunun döyüşlərdə Ermənistan bayrağı altında vuruşacağı haqqında məlumatlar da bunu bir daha təsdiqləyir. 


Qeyd edim ki, Ermənistan Rusiyanın Ukraynanın yaşayış məntəqələrini darmadağın edən raketlərinin və digər silahlarının istehsalında istifadə etdiyi yüksək həssas kateqoriyalı çiplər və digər elektron cihazlarla təmin edilməsinə də dəstək verir.


ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun hesabatına görə, 2022-ci ildə Ermənistan 2021-ci illə müqayisədə ABŞ-dan 515%, Avropa İttifaqından isə 212% daha çox çip və prosessor idxal edib. Sənəddə, həmçinin qeyd olunub ki, bu çiplərin və digər elektron cihazların 97%-i qısa bir zaman kəsiyindən sonra Ermənistandan Rusiyaya təkrar ixrac olunub. Sənaye və Təhlükəsizlik Bürosunun başqa bir sənədində qeyd olunur ki, Ermənistandan Rusiyaya silahlarının inkişafı üçün kritik hesab edilən səkkiz kateqoriya üzrə çip, o cümlədən, qanadlı raketlərin istehsalında istifadə olunan komponentlər göndərilib.


Digər tərəfdən, kilsənin başqa bir ölkənin ərazisində baş verən, onminlərlə insanın ölümünə, milyonlarla insanın qaçqın düşməsinə, məhrumiyyətlərə məruz qalmasına, yaşayış məntəqələrinin, abidələrin dağıdılmasına səbəb olan beynəlxalq hüquqa və bəşəri dəyərlərə zidd müharibəyə dəstək verməsi ermənilərin dini mərkəzlərinin də terror yuvası olduğunu təsdiqləyir. Bu mənzərə isə bizə çox yaxşı tanışdır. Çünki XX əsrin əvvəllərində və sonlarında da Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayətlərinə də Ermənistanda, Beyrutda və dünyanın müxtəlif ölkələrindəki erməni kilsələri xeyir-dua vermişdilər.

 

Azər Kərimli
Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et