Modern.az

İsrailin müdafiə naziri Aqarunovun məzarını ziyarət etdi

İsrailin müdafiə naziri Aqarunovun məzarını ziyarət etdi

Aktual

13 İyul 2023, 13:40

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Bu xəbər ilə bağlı
Zakir Həsənovla israilli həmkarı arasında mühüm görüş - FOTO
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et