Modern.az

Avropada temperatur 45 dərəcəyə yüksələcək

Avropada temperatur 45 dərəcəyə yüksələcək

Aktual

13 İyul 2023, 14:56

Cənubi Avropa ölkələri “Serber” istilik dalğasının təsirinə məruz qalıb, yaxın günlərdə bəzi regionlarda havanın hərarəti 45 dərəcəyə yüksələ bilər.

 

Modern.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, İspaniya meteorologiya xidməti yaxın günlərdə Pireney yarımadasının cənub-şərq rayonlarında temperaturun 45 dərəcəyə qalxacağını proqnozlaşdırır.

 

Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə isə termometrlər artıq 40 dərəcəni göstərir.

 

BBC telekanalının məlumatına görə, İtaliyada havanın hərarəti hətta 48 dərəcəni ötəcək. Sky News isə Yunanıstanın bəzi rayonlarında temperaturun 40-45 dərəcəyə yüksələcəyi barədə məlumat yayıb.

 

Anomal istilər “Serber” istilik dalğası ilə izah edilir. Cümə günü onu “Haron” atmosfer cəbhəsi əvəz edə bilər ki, bu da gələn həftə hərarətin daha da artmasına səbəb olacaq.

 

Qeyd edək ki, Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları əhalini küçəyə çıxarkən ehtiyat tədbirləri görməyə və zəruri olmadıqda səyahət etməməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et