Modern.az

Bakıda qadın bıçaqlandı - Əri şübhəli bilinir

Bakıda qadın bıçaqlandı - Əri şübhəli bilinir

Aktual

14 İyul 2023, 09:30

Bakıda qadın bıçaqlanıb, cinayətdə əri şübhəli bilinir.

 

Modern.az bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

 

Məlumata görə, Pərvin Abdurahimov onunla eyni ünvanda kirayədə yaşayan arvadı R.Abdurahimovaya ailə münaqişəsi zəminində bıçaqla bədən xəsarəti yetirib. Daha sonra qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et