Modern.az

“Azəriqaz”a 6 mindən çox müraciət daxil olub

“Azəriqaz”a 6 mindən çox müraciət daxil olub

Aktual

14 İyul 2023, 12:03

Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 6 187 müraciət daxil olub.

 

Modern.az-ın məlumatına görə, bunu qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirdiyi “Açıq qapı” aksiyasında bildirib.

 

Onun sözlərinə görə, 2 903 müraciət "Opentext" proqramı vasitəsilə, 3 284 müraciət isə elektron formada daxil olub.

 

"Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 273 vahid azalıb. Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub", - deyə İ.Kərbalayev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et