Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, görüş zamanı NATO-nun Vilnüs sammitində verilən qərarlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüş Cakartada keçirilən ASEAN ölkələrinin toplantısı çərçivəsində başa tutub.